"Rusiyanın ittifaq ərazisinə hücum təhlükəsi hazırda yoxdur. Mən bunu görmürəm. Ancaq gələcək üçün narahatlıq var".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Almaniya Xəbər Agentliyinə (DPA) müsahibəsində deyib.
Rutte bildirib ki, NATO ölkələrinin 4-5 ildən sonra ciddi problemi olacaq: "Bunu aradan qaldırmaq üçün müdafiə sənayesini gücləndirmək qaçılmazdır. NATO ərazisində müharibənin qarşısını almaq üçün bizim çəkindirmə gücümüz artırılmalıdır. Buna hələ zamanımız var. Ancaq indi hərəkətə keçməliyik".
Lamiyə Əhmədli
MİA.AZ