AZ

Avtomobildə olan texniki nasazlığa görə cərimə yazıla bilər? VİDEO

Avtomobildə ön və ya arxa işıq cihazı işləmir, dönmə işıq sistemləri sıradan çıxıb və ya bu kimi digər nasazlıq baş verib.

Xezerxeber.az xəbər verir ki, bəzi hallarda polis əməkdaşı nəqliyyat vasitəsini saxlayaraq cərimə yazılmalı olduğunu deyir və ya nəqliyyat vasitəsinin duracağaı yerləşdirilməsi əmrini verir.

Ekspertlər isə bildirirlər ki, texniki nasazlığa görə yalnız o halda cərimə yazıla bilər ki, sürücü özü ya avtomobilə əlavə avadanlıq quraşdırıb, ya da mövcud avadanlığı normativ tələbləri pozaraq dəyişdirib..

Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə təlimçi-ekspert  İlahə Əhmədovanın sözlərinə görə , avtomobildə bir sıra texniki nasazlıqlar var ki, aradan qaldırılmadan nəqliyyat vasitəsi ümumiyyətələ istismara buraxılmamalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektrou, Elvin Hacıyev isə “Xəbər Ertəsi”nə bildirib ki, avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq sürücülərə tövsiyyələr edilir. Ancaq sürücülər bir sıra hallarda çağırışlara məhəl qoymurlar ki, nəticədə qəza halları da qaçılmaz olur. İdarə Rəsmisi texniki nasazlıq zamanı hansı cərimələrin yazıla biləcəyinə də aydınlıq gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

phrase_var_article.chosen
10
xezerxeber.az

1phrase_var_article.sources