AZ

Trampın müşaviri: ABŞ hərbçiləri Suriyada olmamalıdır

"Amerika hərbçiləri Suriyada olmamalıdır. Hərbçilərimiz oradakı münaqişədə iştirak etməməlidir".

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uols məlumat verib.

Prezident Trampın tamamilə haqlı olduğunu qeyd edən Uols əlavə edib ki, böyük əksəriyyətin  səsini qazanması məhz ABŞ-ın Yaxın Şərq münaqişəsindən uzaq durması barədə səsləndirdiyi fikirlərlə bağlı olub.

“Bizi Yaxın Şərq müharibələrinə sürükləməyin. Biz amerikalı hərbçilərin hansısa formada Suriya ərazisində olmasını istəmirik", - o qeyd edib.

ABŞ hərbi qüvvələri Suriyanın şərqində və şimal-şərqində neft yataqları yaxınlığındakı bazalarda yerləşdirilib.

 Mürtəza
Ölkə.Az

phrase_var_article.chosen
36
olke.az

1phrase_var_article.sources