Deputat Cavanşir Paşazadə YAP Lənkəran rayon təşkilatının qərargahında seçiciləri ilə görüşüb.
XALQ.AZ xəbər verir ki,görüşdə deputat Cavanşir Paşazadə seçicilərin çoxsaylı müraciətlərini dinləyib, onların qaldırdığı məsələlərlə yaxından tanış olub, fikir mübadiləsi aparıb.
Millət vəkili görüşdə seçicilərin səsləndirdiyi problemlərinin operativ həll edilməsi ilə bağlı tapşırıqlarını, verib, onları maraqlandıran sualları cavablandırılıb.
Sonda görüşdə iştirak edən vətəndaşlar göstərdiyi diqqət və qayğıya görə millət vəkilinə təşəkkür ediblər.