AZ

Suriyalı nazirin türk müəlliminin bu paylaşımı hər kəsi güldürdü

Türkiyəli müəllim hər kəsi güldürən paylaşım edib.

Turkustan.az bildiri ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan Suriya müvəqqəti hökumətində xarici işlər naziri vəzifəsinə təyin olunan Esaad Həsən Şeybani Türkiyədə magistr təhsili alıb və hazırda doktorantura təhsilini davam etdirir.

İstanbul Səbahəddin Zaim Universitetindən verilən açıqlamada Şeybaninin 1987-ci ildə Həsəkə şəhərində doğulduğu və Dəməşqdə yaşadığı, 2009-cu ildə Dəməşq Universitetinin Ədəbiyyat və Humanitar Elmlər Fakültəsinin İngilis Dili və Ədəbiyyatı bölməsini bitirdiyi bildirilib.

Açıqlamada Şeybaninin 2022-ci ildə İstanbul Səbahəddin Zaim Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər magistr proqramını bitirdiyi və tezis mövzusunun “Ərəb üsyanlarının 2010-2020-ci illər arasında Suriyaya doğru Türkiyənin xarici siyasətinə təsiri” olduğu qeyd edilib. O, eyni universitetdə doktorantura təhsilini davam etdirir.

İstanbul Sabahattin Zaim Universitetində çalışan dosent Hasan Aksakal paylaşımında Esaad Hasan Şeybaninin onun tələbəsi olduğunu və niyə dərslərə gəlmədiyi ilə maraqlandığını yazıb.

"Doktorantım Esad Həsənin Suriyanın yeni Xarici İşlər Naziri olduğunu indicə öyrəndim. İndoneziyalı və Fələstinli sinif yoldaşlarından soruşdum ki, niyə iki həftədir dərslərə gəlmir. Ümid edirəm nazirliyi bəhanə edib, dərsləri dayandırmaz".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr