AZ

“Kalaşnikov” konserni “Kub” hücum PUA-nın yeni versiyasını hazırlayıb

“Kalaşnikov” konserni yeni kamikadze pilotsuz uçan aparat (PUA) olan “Kub-10E”-ni inkişaf etdirib. O, uçuş məsafəsi və döyüş gücü ilə əvvəlki modelləri əsaslı şəkildə üstələyir.

Herbiand.az bildirir ki, bu barədə konsernin baş direktoru Alan Luşnikov TASS agentliyinə müsahibəsində danışıb.

“Biz “Kub”ların xəttində bir neçə yeni məhsul hazırlamışıq. Onlardan biri üçün artıq icazə sənədləri hazırdır, ona görə də onun haqqında qısaca danışa bilərəm. Bu “Kub-10E” zərbə PUA-dır. O, düşmənin zirehi olmayan hərbi texnika və zirehli transpartyorlarını, komanda məntəqələrini, hava və raket hücumundan müdafiə vasitələrini, radiokəşfiyyat və elektron müharibə obyektlərini, maddi-texniki təminat obyektlərini məhv etmək üçün nəzərdə tutulub”, - baş direktor qeyd edib.

Yeni “Kub” katapultdan istifadə etməklə buraxılır. Onun kruiz sürəti 100 km/saata çatır və uçuş zamanı hündürlük diapazonu 100-dən 2500 metrə qədərdir.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
6
herbiand.az

1phrase_var_article.sources