1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xakasiya Respublikasında (Rusiya) keçmiş Sınaq-Mexaniki Zavodunun ərazisində partlayış baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Xakasiya rəhbəri Valentin Konovalov özünün "Telegram" kanalında xəbər verib.
Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.
"Abakanda, keçmiş Sınaq-Mexaniki Zavodunun ərazisində faciə baş verib. Təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən partlayış nəticəsində insanlar xəsarət alıb və həlak olublar", - deyə o bildirib.
Onun məlumatına görə, hadisə yerində xilasetmə xidmətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir və hadisənin təfərrüatını araşdırırlar.
Respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin Mətbuat Xidməti partlayışdan sonra yanğın olmadığını və gələn yanğınsöndürənlərin köməyinə ehtiyac qalmadığını bildirib.
Qeyd edək ki, Abakan Sınaq-Mexaniki Zavodu meşə sənayesi kompleksi üçün xüsusi texnikanın istehsalında ixtisaslaşıb. Bundan əlavə, zavod texnikanın əsaslı təmiri, ehtiyat hissələrinin təchizatı ilə məşğul olur, həmçinin polad və çuqun tökmə istehsal edir, qartəmizləyici bıçaqlar, yüksəktəzyiqli şlanqlar, hidravlik və pnevmatik silindrlərin istehsalı ilə məşğul olur.