AZ

Pedaqoji kadrların praktiki bacarıqları nə dərəcədə yetərlidir?

Məktəblərimizin təhsil keyfiyyətini şəkilləndirən əsas amillərdən biri pedaqoji kadrların peşəkarlıq səviyyəsi və praktiki bacarıqlarıdır. Müəllimlərin təorik bilikləri təhsil sisteminin əsası olsa da, praktiki bacarıqlarının yetərliliyi şağirdlərin öyrənmə prosesinə birbaşa təsir edir. Bu yazıda mövcud problemlər, çətinliklər və həlli yolları araşdırılacaq.

Müasir tələblər və praktiki bacarıqlar

Günümüz təhsil mühitində müəllimlərin sadəcə ənənəvi dərs metodlarına hakim olması kifayət deyil. Yeni texnologiyaları istifadə etmək, şağirdyönlük yanaşma tətbiq etmək və inklüziv təhsil prinsiplərinə çevik adaptasiya olmaq müəllimlərin praktiki bacarıqlarına daxil edilməlidir. Lakin bu sahədə bəzi çətinliklərə rast gəlinir:

Texnoloji bacarıqların məhdudluğu: Bəzi müəllimlər innovativ texnologiyaları istifadə etmək baxımından çətinlik çəkir.Təcrübə azlığı: Yenidən işə daxil olan müəllimlər, xüsusilə gənc kadrlar, praktiki tədrisdə məhdud çətinliklər yaşayırlar.Peşəkar inkişaf imkanlarının azlığı: Məktəblərdə müəllimlərə yeni metodları öyrətmək üçün kifayət qədər seminar və ya təlim kursları təşkəl edilmir.Problem nəticələri

Praktiki bacarıqları yetərsiz olan pedaqoji kadrların idarə etdikdəri siniflərdə bu problemlər müşahidə edilir:

Şagirdlərin motivasiyasının azalması.Dərs materiallarının tam olaraq qavranılmaması.Şagirdərlə fərdi yanaşma imkanlarının məhdudlaşması.Həlli yolları

Pedaqoji kadrların praktiki bacarıqlarını inkişaf etdirmək üçün bir neçə təklif irəli sürülə bilər:

Davamlı peşəkar inkişaf proqramları: Müəllimlərə rəqəmsal texnologiyalar, yeni tədris metodları və şağirdyönlük yanaşmaları öyrətən davamlı kurslar təklif edilməlidir.Mentorluq sistemi: Təcrübəli müəllimlərin gənc kadrlarla bərəbər çalışması təmin edilməlidir.Motivasiya vasitələri: Effektiv tədris bacarıqları göstərən müəllimlər məddı və ya qeyri-maddi yollarla mükafatlandırıla bilər.Praktik təlim mövcudluğu: Müəllim hazırlıq mərkəzləri praktik bacarıqlara daha çox üstünlük verməlidir.

Pedaqoji kadrların praktiki bacarıqları təhsilin keyfiyyətini məyyənləşdirən əsas amillərdəndir. Bu bacarıqları əlavə təlimlərlə, davamlı inkişaf proqramları və səmərəli strategiyalarla gücləndirmək, şağirdlərin daha effektiv təhsil almalarına şərait yaradacaq. Beləliklə, ölkə təhsil sistemi daha dayanıqlı və müdafiəli bir əsas üzərində qurula bilər.

 

Bəhman Hüseyn

phrase_var_article.chosen
19
tehsil.biz

1phrase_var_article.sources