AZ

Luis Enrike “Lans”la dramatik kubok oyununu şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Kubokunun 1/32 finalında “Lans”a qarşı keçirdikləri dramatik səfər oyununa dair fikrini açıqlayıb.

Arena.az xatırladır ki, 1:1 hesabı ilə başa çatmış oyunda PSJ oyun sonrası penaltilər silsiləsində 4:3 hesabı ilə qalib gəlib.

Parislilərin rusiyalı qapıçısı Matvey Safonov isə 2 penalti zərbəsini dəf edərək, komandasının qələbəsinə müstəsna töhfə verib.

Matçdan sonra baş tutan mətbuat konfransında Luis Enrike bunları söyləyib:

“Bu, təxmin ediəbilən bir vəziyyətdir. Bu səviyyəli rəqiblə səfərdə 90 dəqiqə oynayanda buna hazır olmaq gərəkdir. Biz buna hazırlaşmışdıq. Matvey Safonov belə vəziyyətlərdə əsl mütəxəssisdir və o, bunu bir daha sübut etdi. Xüsusilə çətin mübarizədə qalib gəldiyimiz üçün biz bu nəticədən çox razıyıq. 2025-ci ilə böyük ümidlərimiz var”, – “Ekip” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Seçilən
20
arena.az

1Mənbələr