AZ

Əsədin arvadı boşanmaq istəyir? - Ayrılıq iddialarına Kremldən CAVAB

Kreml Suriyanı tərk edərək Rusiyaya sığınan Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin boşanmaq istəməsi ilə bağlı iddialara cavab verib. 

“Cebheinfo.az” xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada mətbuat konfransında jurnalistlərə açıqlamasında sözügedən iddianın həqiqəti əks etdirmədiyini bildirib. 

Jurnalistin "Əsədin həyat yoldaşının boşanaraq Rusiyanı tərk etmək istəməsi iddiaları doğrudurmu?" sualına Peskov “Xeyr, doğru deyil" cavabını verib. Həmçinin, Peskov Rusiya prezidenti Vladimir Putinin dünən paytaxt Moskvada Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdüyünə diqqət çəkib. Onun sözlərinə görə, görüşdə Ukraynadakı vəziyyət, ikitərəfli əlaqələr, enerji və təbii qaz məsələlərinin müzakirə edildiyini bildirib. Peskov Slovakiya üzərindən Avropaya qaz nəqlinin mümkünlüyü ilə bağlı isə "Bu məsələ müzakirə olunur",-deyə cavab verib. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr