AZ

“Bir gün metro çökəcək” – XƏBƏRDARLIQ

Metro rəhbərliyi dəyişdi, metroda basabas, sıxlıq, interval problemi düzələcəkmi? Hansı dəyişikliklər olmağını istərdiniz?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, rəhbərliyin dəyişməsi əsas məsələ deyil. Hər hansı bir problemin aradan qaldırılması demək deyil.

Sosioloqun sözlərinə görə, metro strateji dövlət obyektidir. Hökumət tərəfindən metronun fəaliyyəti, tikintisi planlaşdırılır.

“Çox təəssüf ki, bu sahədə də ciddi problemlər var. Metro ən yaxşı işləyən qurumlardandır. Çünki Bakı şəhərinin yerüstü nəqliyyatı məhv edildiyindən, yəni, traleybus vəs məhv edildiyinə görə, təkcə avtobus qalıb. Avtobusların sayı da azaldılıb. Sərnişin axının çox böyük hissəsi metronun üzərinə düşüb. 20 ildən çoxdur ki, metro ağır və fasiləsiz rejimdə işləyir. Baxmayaraq ki, metronun modernləşdirilməsi üçün çox az iş görülüb. Son 30 ildə bir neçə təzə qatar alınıb və bir-iki yeni stansiya tikilib. Halbuki qonşu ölkələrdə il ərzində bir neçə stansiyalar tikilir.

Üstəlik bizdə dairəvi sistem tətbiq olunmadığına görə, birxəttli sistemlərdi. Buna görə də orta stansiyalar çox yüklənir.

Tranvay və traleybuslar bərpa edilməlidir. Xəzər dənizində sərnişin katerlərinin hərəkətini təşkil etmək, buxta boyu, tutaq ki, Bayıl istiqamətindən Əhmədli-Zığ istiqamətlərinə yönəltmək olar.

Bir gün metro çökəcək. Metrolar amansız şəkildə istismar olunur, problem isə fundamentaldır”.

Dəniz Pənahova

phrase_var_article.chosen
12
tribunainfo.az

1phrase_var_article.sources