AZ

Cənubi Koreya İraqa 94 milyon dollarlıq helikopter tədarük edəcək

Cənubi Koreyanın Korea Aerospace Industries (KAI) şirkəti KUH-1 Surion helikopterlərinin tədarükü üçün 93,7 milyon dollarlıq müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi şirkətə istinadən məlumat yayıb.

Bu, Cənubi Koreyanın "Surion" helikopterlərinin xaricə ilk çatdırılması olacaq. Müqavilə 2025-ci ilin mart ayının sonundan 2029-cu ilin martına kimi hesablanır.

Hazırda bu orta ölçülü vertolyotlardan 200-ə yaxını Cənubi Koreya ordusunda xidmətdədir. "Surion" həm döyüş tapşırıqları, həm də yüklərin daşınması üçün istifadə olunur. Surion 2012-ci ildə silahlanmaya qəbul edilib.

Seçilən
7
ucnoqta.az

1Mənbələr