Mozambikdə "Çido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutu (INGD) məlumat yayıb.
Sürəti saatda 260 kilometrə çatan qasırğa zamanı 768 nəfər xəsarət alıb.
Ümumilikdə qasırğadan zərərçəkənlərin sayı isə təxminən 622 min nəfərdir.
Fırtına nəticəsində 52 sağlamlıq mərkəzi, 89 ictimai bina və 250 məktəb yararsız hala düşüb.
140 minədək yaşayış evinin isə qismən və ya tamamilə dağıldığı bildirilib.
Malavi Fəlakət İdarəsi İşləri Departamentindən (DODMA) verilən açıqlamada isə "Çido" qasırğası zamanı ölənlərin sayının 13-ə yüksəldiyi bildirilib.
Qasırğa Mozambik, Malavi və Zimbabve kimi ölkələrdə ciddi fəsadlar törədib.
Şəbnəm Mehdizadə