AZ

İlon Mask Danimarkadakı gələcək səfiri Qrenlandiyanı almağa çağırdı

ABŞ-ın Danimarkadakı gələcək səfiri Ken Hoveri Amerikaya Qrenlandiyanı əldə etməyə kömək etməlidir.

HİT.az xəbər verir ki, bu barədə amerikalı sahibkar və iş adamı İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Təbrik edirik! Amerikaya Qrenlandiyanı əldə etməyə kömək edin", deyə deyə sahibkar Hoverinin postuna cavab olaraq yazıb. 

Diplomat ABŞ-ın seçilmiş prezidenti Donald Trampa təyinatına görə təşəkkür edib.

Dekabrın 23-də Tramp qeyd edib ki, Danimarkanın bir hissəsi olan Qrenlandiya adası Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir.
Tramp bunun dünyada milli təhlükəsizlik və azadlıq naminə lazım olduğunu vurğulayıb.

Bir gün əvvəl Tramp Panama kanalının yenidən ABŞ-ın mülkiyyətinə keçə biləcəyini demişdi. Siyasətçinin sözlərinə görə, Panama tərəfindən tutulan kanal haqqı, xüsusən də ABŞ-ın göstərdiyi səxavət nəzərə alınmaqla, sadəcə gülüncdür. 

Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib. O, kanal üçün yarışacağına eyham vurub.

Samir
 

Seçilən
21
1
hit.az

1Mənbələr