Yazını böyüt
Yazını kiçilt
Ermənistan baş prokuroru Anna Vardapetyan Naxçıvanla sərhədddə yerləşən Xaçik kəndində olub və Areni icmasının tələbələri ilə görüşüb.
Hafta.az xəbər verir ki, “Armtimes” bu barədə prokurorluğa istinadla məlumat yayıb.
Qeyd olunur ki, artıq Xaçik kəndinin mədəniyyət evində kitabxana fəaliyyət göstərir. Orada Ermənistan baş prokuroru müxtəlif yaş qruplarından olan şagirdlərlə görüşüb və onları maraqlandıran bir sıra mövzular ətrafında söhbət ediblər, həmçinin rəqs ediblər.