AZ

Tramp bu iki ərazini istəyir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ABŞ-ın Danimarkaya bağlı muxtar bölgə olan Qrenlandiyaya sahib olmasının “mütləq zərurət” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki,Tramp həmçinin Panama kanalının ABŞ-a qaytarılmasını istəyir. Panama lideri Xose Raul Mulino: “Panama kanalı Panamadır və belə də qalacaq”-deyə, bildirib.

Tramp öz postunda yazıb ki,ABŞ bütün dünyada milli təhlükəsizlik və azadlıq üçün Qrenlandiyaya sahiblik və nəzarəti ələ keçirməlidir.

Bildirək ki, Qrenlandiya 1979-cu ildə Danimarkadan muxtariyyət alsa da, xarici siyasət, təhlükəsizlik və maliyyə məsələlərində hələ də bu ölkədən asılıdır. 1946-cı ildə keçmiş ABŞ prezidenti Harri Truman Danimarkaya zəngin uran, qızıl, neft və qaz ehtiyatlarına malik olan Qrenlandiyanı almaq üçün 100 milyon dollar qızıl təklif etdi.

Aytən Yaşar/ Turkustan.az

phrase_var_article.chosen
16
turkustan.az

1phrase_var_article.sources