23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri Milos Vuçeviç ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Serbiya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli səfər və təmasların əhəmiyyətini qeyd edib, bu sahədə mövcud dinamikanın qorunmasının vacibliyi vurğulanıb.
İki ölkə arasında xüsusilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib platforma olduğu qeyd edilib.
İki ölkə arasında energetika sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivlərinə toxunulub. Alternativ enerji istehsalı və ixracı sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin yaşıl enerji istehsalı sahəsində potensialı barədə məlumat verilib.
Bununla yanaşı, ölkələrimiz arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsinə, bu xüsusda birbaşa hava nəqliyyatı əlaqələrinin yaradılmasına qarşılıqlı maraq ifadə olunub.
Bu il ölkəmizdə keçirilmiş COP29 tədbirinin nəticələri barədə ətraflı məlumat təqdim olunub, iqlim diplomatiyası sahəsində birgə səylərin vacib olduğu diqqətə çatdırılıb. Expo-2027 tədbirinin ölkələrimiz arasında əlavə əməkdaşlıq imkanları yaradacağına dair əminlik ifadə edilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
16:24
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov SerbiyaRespublikasının Baş naziri Miloş Vuçeviç ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Ceyhun Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma və sülh səylərindən də danışıb.
“Biz iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini və Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın platforma kimi rolunu bir daha vurğuladıq. Azərbaycan Serbiyanın Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı regional normallaşma prosesi ilə bağlı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirir”, - Ceyhun Bayramov sosial media hesabında qeyd edib.