ABŞ hökuməti ölkənin bütün ərazisində yalnız iki cinsi tanıyacaq: kişi və qadın.
Modern.az xəbər verir ki, yeni seçilmiş prezident Donald Tramp ABŞ-ın Arizona ştatında keçirilən tədbirlərdən birində belə vəd verib.
O, prezidentliyi dövründə belə siyasət aparacağını vurğulayıb.
Tramp qeyd edib ki, onun bəyanatı o qədər də mürəkkəb səslənmir. Qeyd olunur ki, tədbir iştirakçıları Trampın bu bəyanatını bəyəniblər.
Tramp hesab edir ki, üçüncü cins kimi təqdim olunan transseksuallıq bir xəstəlikdir.