AZ

Fidanın Dəməşq səfəri dünya mətbuatında: “Əsədin qadağan etdiyi dağda qəhvə”

Keçən gün Türkiyə xarici işlər naziri Hakan Fidanın Dəməşqə etdiyi tarixi səfər dünya mətbuatında geniş şəkildə işıqlandırılıb. 

“Cebheinfo.az” xəbər verir ki, beynəlxalq media bu səfəri “son dəqiqə” xəbəri kimi təqdim edib. Rusiya mətbuatı Hakan Fidanla Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaranın Kasyun dağında birlikdə içdiyi qəhvəni “Dünya qəhvəsi” adlandırıb. 

Rusiya mətbuatı "Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya səfəri çərçivəsində Dəməşqin quşbaxışı gözəl mənzərəsini təqdim edən və Əsəd rejimi tərəfindən 14 ildir ziyarət edilməsi qadağan edilən Kasyun dağına getdi. O, Əhməd əl-Şaara ilə qəhvə içdi. O, Dəməşqə səfəri zamanı mühüm açıqlamalar verdi. Həmçinin, xüsusilə, Ankaranın yeni dövrdə Suriyaya dəstək verməkdə qərarlıdır”,-deyə yazıb. 

Rusiyanın “İnterfaks” xəbər agentliyi Hakan Fidanın Suriyaya qarşı sanksiyaların sürətlə aradan qaldırılmasına çağırdığını yazıb. 

“France24” kanalı görüşü “Xarici işlər naziri Fidan Dəməşqdədir” sözləri ilə paylaşıb. O, yayımlarında görüşün təfərrüatlarına geniş yer verib. 

Almaniyanın “Zeit” qəzeti də xarici işlər naziri Hakan Fidanın “Suriyada terror təşkilatı PKK/YPG-yə qətiyyən yer yoxdur” sözlərini manşet olaraq verib. 

Qəzet Fidanın beynəlxalq ictimaiyyətə Suriyanın yenidən qurulması üçün “yeni administrasiyaya güclü dəstək” çağırışına da toxunub. 

Görüş Çin Dövlət Televiziyasının da gündəliyində olub. Xarici işlər naziri Fidanın “Terror təşkilatı PKK/YPG ən qısa zamanda özünü ləğv etməlidir” mesajı və İsrailin Suriya ərazisindəki pozuntularına münasibəti diqqətə çatdırılıb. 

Xatırladaq ki, Azərbaycan mətbuatı isə Fidanın Suriyanın ərazi bütövlüyünü vurğuladığını və “Suriyada PKK/YPG-yə yer yoxdur” ifadəsini önə çəkib. Bundan başqa, Türkiyədən gələn ekspert qonaqlarla aparılan qiymətləndirmələrdə də bu izahatlar müzakirə olunub. 

phrase_var_article.chosen
2
cebheinfo.az

1phrase_var_article.sources