Belarus lideri Lukaşenko Rusiya və Belarusun Ukrayna və Avropa İttifaqı ölkələri ilə münasibətlərinin yaxın gələcəkdə yaxşılaşacağını proqnozlaşdırıb.
"Cebheinfo.az" xəbər verir ki, Moskva meri Sergey Sobyanin ilə görüşündə açıqlama verən Lukaşenko ötən həftə Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra bir fakta əmin olduğunu bildirib.
Avropanın qapılarının tezliklə Rusiya və Belarusa açılacağını təxmin edən Lukaşenko, "Avropa Rusiyasız mövcud ola bilməz. Bizsiz də ola bilməz" deyib.
Lukaşenko Ukraynanın zamanla Rusiya və Belarusla əməkdaşlıq edəcəyini və münasibətlərin normallaşmalı olduğunu da bildirib.
"Düşünürəm ki, zaman keçdikcə Kiyev bizimlə işləyəcək. Onlar heç yerə gedə bilməzlər, çünki axı biz eyni insanlarıq. Həyatda hər şey ola bilər, amma düşünürəm ki, onlarla münasibətlərimizi normallaşdıracağıq", - Belarus Prezidenti əlavə edib.