Dövlət Sərhəd Xidmətinin rəisi Tükiyə Respublikasının Quru Qoşunları komandanını qəbul edib.
Herbiand.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Dekabrın 23-də Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
Müzakirələr zamanı Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları Komandanlığı arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.