Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb, iki ölkə arasında müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində əlaqələr müzakirə edilib.
Bu barədə AzNews.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.
Müzakirələr zamanı iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.