AZ

ChatGPT nədir və necə istifadə edilir?

ChatGPT insanlara bir çox fərqli sahədə kömək edə bilər. Bu köməklik müxtəlif mövzuları əhatə edir və fərqli tələblərə cavab verə bilir.

Hazırda bir çox insan ChatGPT istifadə edir. Şagirdlər, tələbələr, müəllimlər demək olar ki bir çox sahədə çalışan şəxslər tez-tez bu proqrama üz tuturlar.

Bəs bu proqram haqqında nə bilirik?

"Operativ Media" ChatGPT haqqında məlumatı təqdim edir:

ChatGPT OpenAI tərəfindən yaradılmış bir süni intellekt proqramıdır. Bu, proqram vasitəsi ilə insan necə deyərlər robot ilə mesajlaşır.

ChatGPT insanlara necə kömək edir?

Suallara cavab vermək: Hər hansı bir mövzuda ChatGPY-ə suallar vermək mümkündür. ChatGPT bu sualı cavablandırır. 

Yazı yazmaq: Bu proqramlar inşa, məktub, və ya tapşırıqları yazmaqda insanlara kömək edir. Elə məhz buna görə ChatGPT-dən daha çox şagirlər və tələbələr istifadə edir.

Tərcümə: ChatGPT asanlıqla müxtəlif dillər arasında tərcümə edə bilir. Bunun üçün istədiyiniz cümləni yazıb, qarşısında hansı dilə tərcümətə etmək etmək istədiyinizi qeyd etməlisiniz.

Məlumatı və ya xəbəri dəqiqləşdirmək: İstədiyiniz məlumatın və ya xəbərin dəqiq olub-olmamasını ChatGPT ilə yoxlamaq olar. Bunun üçün məlumatı yazıb, onun dəqiq olub olmamasını ChatGPT soruşmaq kifayətdir. 

İstənilən mövzuda ondan məlumat almaq mümkündür: Məsələn yeni bir telefon alacaqsınızsa onun adını yazaraq bu cihaz haqqında məlumat sorşa bilərsiniz. ChatGPT bu telefonun bütün xüsusiyyətlərini sizə yazacaq. 

Təkliflər və Tövsiyələr: ChatGPT kitab, film və ya musiqi təklifləri verə bilir.

Bundan əlavə ChatGPT ilə adi insan kimi gündəlik həyatdan da danışmaq mümkündür. Qarşı tərəfin robot olduğu belə bəzən hiss edilmir.

İstifadə qaydası isə olduqca asandır. Bunun üçün ChatGPT “Google Play” və ya“App Store” yükləmək lazımdır.  Süni intellektə əsaslanan çat-bot ChatGPT-nin ödənişli və ödənişsiz versiyaları mövcuddur. 

phrase_var_article.chosen
6
operativmedia.az

1phrase_var_article.sources