AZ

Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqlənib - FƏRMAN

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham ƏliyevAzərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təminedilməsi və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarındadəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmanaəsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqedilib.

Fərmanda qeyd edilir ki, Biznesin İnkişafı Fondunun nizamnaməfondunun məbləği 1 milyard 180 milyon 929 min 648 manat təşkiledəcək.

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan,həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldəolunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb ediləninvestisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdənformalaşır.

Fond əmlakından yalnız Nizamnamə ilə müəyyən olunmuş məqsədlərəuyğun istifadə edir. Fond balansında olan dövlət əmlakınamünasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılmasıvə səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkəPrezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmişqaydada həyata keçirir.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburiödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial vənümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelətabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitüzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrəyerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəstvəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlaralınmasına yönəltmək hüququna malikdir.

Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçünyalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləritənzimlənən qiymətlərə aid deyil.

Dövlət başçısının təsdiq etdiyi fərmana əsasən Biznesin İnkişafıFondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası ilə buradan tanış ola bilərsiniz.

Seçilən
4
6
az.trend.az

4Mənbələr