"Operativ Media" bu haqda "Football İtalia"ya istinadən xəbər verir.
"Belə bir qərarı bir daha qəbul etməzdim. İtaliya millisinin baş məşqçisi vəzifəsi ən yaxşısıdır. Təəssüf edirəm ki, İtaliya millisindən ayrıldım və Səudiyyə Ərəbistanı millisinin başına keçdim.
İtaliya Futbol Federasiyasının prezidenti ilə aramızda anlaşmazlıq oldu. Ola bilsin ki, əgər daha uzun danışsaydıq, hər şey başqa cür olardı.
Pulun arxasınca qaçmaqda ittiham edənlər mənim tərcümeyi-halımı öyrənsinlər, sonra danışsınlar".
Bu ilin oktyabr ayında Səudiyyə Ərəbistanı Mançinini komandadan uzaqlaşdırıb. Onun rəhbərliyi altında komanda 18 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib və 6 məğlubiyyət alıb. Müqavilə pozulduğuna görə Səudiyyə Ərəbistanı Futbol Federasiyası Mançiniyə ən azı 25 milyon avro təzminat ödəyib.
Mançininin rəhbərliyi ilə İtaliya milli komandası 2021-ci ildə Avropa çempionu olub.