AZ

İlon Mask:FED həddindən artıq işçi heyətinə sahibdir

Məşhur investor İlon Mask Amerika Mərkəzi Bankı (FED) haqqında maraqlı şərhlə çıxış edib.

Marja xəbər verir ki, "X" hesabında daha bir məlumat paylaşan Mask, "FED həddindən artıq işçi heyətinə sahibdir", bildirib.

ABŞ-ın yeni seçilmiş prezidenti Tramp İlon Maskı Hökumətin səmərəliliyi naziri vəzifəsinə təyin edib.

İnflyasiyanı azaltmağın faiz dərəcələrini artırmaqdan başqa yolları olduğunu qeyd edən Tramp, ümumilikdə faiz dərəcələrinin aşağı salınmalı olduğunu düşünür.

Həmçinin Mask FED-in 2022-ci ildə faiz dərəcəsini endirməyə çağırmışdı.

Seçilən
6
marja.az

1Mənbələr