İspaniya La Liqasında dekabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Atletiko"nu çalışdıran Dieqo Simeone ayın ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssis qalib olmaq üçün Dieqo Martines ("Las Palmas") və Ernesto Valverdeni ("Atletik") qabaqlayıb.
Qeyd edək ki, Dieqo Simeonenin rəhbərlik etdiyi "Atletiko" La Liqada dekabr ayında keçirdiyi oyunların hamısında qələbə qazanıb. Madrid təmsilçisi "Valyadolid" (5:0), "Sevilya" (4:3), "Xetafe" (1:0) və "Barselona"ya (2:1) qalib gəlib. Komanda hazırda 41 xalla çempionatın lideridir.
saytlarin hazirlanmasi