AZ

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub

Bakı. Trend:

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyət istiqamətləriməlum olub.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsindəöz əksini tapıb.

Sənədə əsasən, Fondun fəaliyyət istiqamətləriaşağıdakılardır:

Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyatakeçirilməsində iştirak edəcək.

Şüvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşuformasında Azərbaycan Respublikasında sahibkarlığın inkişafınamaliyyə dəstəyi göstərəcək.

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda vəqaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərəzəmanət və faiz subsidiyası veriləcək.

Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) iləəməkdaşlıq etmək, təkliflərin hazırlanmasında iştirak edəcək.

Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyətgöstərəcək.

Seçilən
12
az.trend.az

1Mənbələr