Rusiya Baş nazirin müavini Vitali Savelyevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Saveyevi İran Prezidenti Məsud Pezeşkian qəbul edib.
Pezeşkianın mətbuat xidmətinin yaydığı məlumata görə, Savelyev İran prezidentinə Vladimir Putinin Rusiya Federasiyasına 2025-ci ilin ilk günlərində səfər etmək dəvətini çatdırıb.