AZ

Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi BAŞLADI

Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra ərizəyə baxış keçirilib. İddiaçı Vest.az saytının əməkdaşı, jurnalist Maqda Kovalyova məhkəmədə çıxışı zamanı bildirib ki, o, ümumilikdə qarşı tərəfə 33268 min manat ödəniş edib: “Hövsanda təmirsiz evimiz var. Özüm Bakıda yaşadığım üçün Mingəçevirdə yaşayan valideynlərimin evi satıb Bakıya köçməsini istədim. Satılan evin pulu ilə Hövsandakı evi təmir edəcəkdik. Evin təmiri ilə bağlı Fərrux Əsgərovla razılaşdıq. Olara təmir pulu erildi. İyul ayının əvvəlində ev bizə təmirli şəkildə təhvil verilməlid idi. Lakin təmir çox çəkdi. Hər dəfə müxtəlif bəhanələrlə ev təhvil verilmədi. Biz daha sonra hüquq-mühafizə orqanlarına müraciət etdik”.

M. Kovalyova bildirib ki, 18 268 min manatı bank vasitəsi ilə köçürüb, qalan pulu (15 min manat) nağd şəkildə ödəyib: “Bank vasitəsilə etdiyim köçürmələrin qəbzi məndədir. Onu məhkəməyə təqdim edəcəm”.

Cavabdeh Rabil Tağıyev məhkəmə prosesində iştirak etməyib. Digər cavabdeh Fərrux Əsgərov məhkəmədə çıxışında bildirib ki, Rabil Tağıyevin məhkəmə prosesində iştirakı vacibdir: “İşi gecikdirən o oldu. Hər dəfə təhvil vaxtını “bu gün-sabah”a salırdı. Biz evi 1-5 iyul aralığında təhvil verməli idik. Lakin iş gecikirdi. İşin demək olar 95%-i görülüb. Cuzi işlər qalıb”.

İddiaçı tərəf bu fikirlə razılaşmayıb.

Fərrux Əsgərov bildirib ki, Maqda Kovalyova ona iddia etdiyi qədər ödəniş etməyib: “Bizə görəcəyimiz iş üçün ümumilikdə 31 382 manat ödəniş edilib”.

Maqda Kovalyova ödənişin 33 268 manat olduğunu və bu məbləği təsdiq edəcək sübutların olduğunu bildirib.

Məhkəmənin növbəti prosesi yanvarın 13-nə təyin olunub.

Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil veriləcəyi ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 33 268 manat pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsələr də, heç bir addım atılmayıb.

Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.

Zərərçəkən şəxs bildirib ki, Fərrux Əskərov evin pəncərəsini yandırıb, pəncərə kənarlarını qırıb. Bunun səbəbini soruşduqda isə ustaların etdiyini bildirib. Bununla yanaşı, eyvanda olan 3 pəncərə də düzgün yerləşdirilməyib. Maqda Kovalyova, taksi sürücüsü kimi fəaliyyət göstərın Fərrux Əskərovun vasitəçi olduğunu bildirib.

Qeyd edib ki, Fərrux Əskərov birinci xərclər smetasında ümumi xərci 23.470 manat göstərib. Rabil Tağıyevin tərtib etdiyi smetanın məbləği isə 17.470 manat təşkil edib. Təmirə başlayan zaman Fərrux Əskərov az vəsait xərcləmək üçün ucuz inşaat materiallarından istifadə edəcəyini və öz haqqını ustaların pulundan götürəcəyini deyib: “Aydındır ki, o, smetada fərqli qiymət göstərərək bizi aldadıb” (APA). 

Seçilən
3
8
redaktor.az

9Mənbələr