AZ

Cımi12 yardım maşını...

Beynəlxalq yardım təşkilatı "Oxfam" son 2,5 ayda Qəzzanın şimalına cəmi 12 yardım maşınının girə bildiyini və bu yük maşınlarından üçünün yardım payladığı məktəbin bir gün sonra İsrail tərəfindən bombalandığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "Oxfam"-ın verdiyi açıqlamada Qəzzanın şimalına daxil olan yardım maşınlarına nəzarət edən İsrailin son 2,5 ayda 34 TIR-a icazə verdiyi, İsrail ordusunun qəsdən gecikdirmə və maneələrlə yardım paylanması prosesinin pozulduğu bildirilib.

İsrailin bölgəyə hücumlarını gücləndirdiyi 6 oktyabrdan bu yana beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) Qəzzanın şimalına girişinin qarşısı alındığı qeyd edilən bəyanatda bu səbəbdən də yardıma ehtiyacı olan insanların sayının artdığı vurğulanıb. 

Açıqlamada Qəzzanın şimalına yalnız Birləşmiş Millətlər Təşkilatının (BMT) yardım maşınlarının girməsinə icazə verildiyi deyilir.  Bu rəqəm son 2,5 ayda 34 olub lakin hamısı yardımı paylaya bilməyib.

Açıqlamada keçən ay 11 yük maşınından ibarət konvoyun Cebaliye bölgəsindəki axtarış məntəqəsinə gəldiyi və giriş icazəsi verildikdən bir müddət sonra əsgərlər tərəfindən dayandırıldığı deyilir. Yük maşınının mülki şəxslərin girişinin qadağan olduğu hərbi bölgədə yenidən təxliyyə edildiyi xatırladılıb. 

Açıqlamada keçən ay 14 yük maşınına icazə verildiyi, ancaq giriş sənədlərinin gecikməsi səbəbindən Qəzzanın şimalındakı Beyt Hanun bölgəsinə yalnız 3 yük maşınının girə bildiyinə dair məlumatlar yer alıb.

Bu yük maşınlarının qəzzalıların sığındığı məktəbdə yardım payladığı qeyd edilir: "Yardım paylanarkən İsrail əsgərləri və pilotsuz təyyarələr məktəbi atəşə tutaraq bölgəni tərk etmələri barədə xəbərdarlıq etdi. Ertəsi gün İsrail Ordusu geri qayıtdı, məktəbi bombaladı, binaları yandırdı”.

Açıqlamada, İsrail ordusunun 39 günlük fasilədən sonra dekabrın 19-da daha 9 yardım maşınının Qəzzaya girməsinə icazə verdiyi və bu yük maşınlarının Beyt Hanunda su və qidadan ibarət yardım payladığı qeyd edilib. Bölgəyə girən və paylaya bilən yardımların 2,5 ayda cəmi 12-yə yüksəldiyi bildirilib.

Seçilən
5
cebheinfo.az

1Mənbələr