AZ

NATO üzvləri müdafiə xərclərinin 3%-ə çatmağa hazır deyil

NATO-ya üzv ölkələr müdafiə xərcləri üçün ÜDM-in 3%-i ideyasını qeyri-real adlandırırlar. 

HİT.az xəbər verir ki, bu barədə “Pais” qəzeti diplomatik mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, yaxın gələcəkdə bu göstəriciyə nail olmaq mümkün deyil.

"Tədricən artımla razılaşmaq olardı, lakin hər kəsi artıq razılaşdırılmış və bu yaxınlarda yuxarı həddi deyil, aşağı hədd kimi qəbul edilən 2%-lik rəqəmə çatdırmaq daha vacibdir", deyə mənbə bildirib.

Dekabrın 14-də NATO-nun baş katibi Mark Rütte Rusiyanı Şimali Atlantika Alyansına qarşı açıq müharibə aparmaqda ittiham edib. O, bu barədə Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı bildirib. NATO-nun baş katibi həmçinin qeyd edib ki, Avropa İttifaqı beynəlxalq siyasi hadisələrin inkişafına yanaşmasını dəyişməli və hərbi düşüncəyə keçməlidir.

O, həmçinin bəyan edib ki, Avropada pensiya və sosial müavinətlərin bir hissəsi silah istehsalına ayrılmalıdır və NATO ölkələrinin hərbi xərcləri 3%-i keçsin. Baş katib əlavə edib ki, bu, onlara Soyuq müharibədə qazandıqları kimi, müdafiəyə əhəmiyyətli dərəcədə 3%-dən çox pul xərclədikləri zaman qalib gəlməyə kömək edəcək.

Samir
 

phrase_var_article.chosen
2
2
hit.az

3phrase_var_article.sources