AZ

"Beşiktaş" "Tvente" ilə matçın yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət etdi

“Beşiktaş” UEFA Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda üz-üzə gələcəyi “Tvente” ilə matçın Enshededə deyil, başqa şəhərdə keçirilməsi üçün UEFA-ya müraciət ünvanlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb.

Klub rəhbərliyinin Avropa futbol qurumuna müraciətinə səbəb görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin “Beşiktaş” azarkeşlərinin yüksək təhlükəsizlik riskinə görə stadiona buraxılmayacağı ilə bağlı açıqlaması olub. Türkiyə klubu buna qarşılıq olaraq Enshededə oynamaq istəmədiklərini bildirib.

“Tvente” – “Beşiktaş” görüşü 2025-ci il yanvarın 30-da baş tutacaq.

phrase_var_article.chosen
1
3
fanat.az

4phrase_var_article.sources