AZ

Müasir təhsildə təcrübənin rolu: Naxçıvanda keçirilən konfransdan TƏƏSSÜRATLAR

21 dekabrda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), AzEdu Azərbaycan Təhsil Portalı və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.

151960

Konfransın əsas məqsədi təcrübə və yenilik arasındakı tarazlığın təşviqidir. Müasir dövrdə gənclərin, təcrübəli insanların biliklərindən faydalanaraq yenilikçi texnologiyaların və ideyaların tətbiqində daha böyük nailiyyətlər əldə etməsi, təhsil sahəsində inkişafın əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. Bu yanaşma, təcrübə ilə yeniliyi birləşdirərək daha səmərəli və müasir tədris metodlarının inkişafını təmin etməyə yönəlib.

 

AzEdu.az Təhsil Portalı olaraq bir neçə konfrans iştirakçıları ilə əlaqə saxlayıb, onların təssüratlarını öyrəndi.

 

Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Rüstəmova isə konfransın ilk dəfə Naxçıvanda keçirilməsinin onları çox sevindirdiyini bildirib:

151963

"Bir təcrübəli müəllim kimi gənc müəllimlərlə görüşüb, onlara öz təcrübəmi paylaşmaq çox xoş oldu. Müasir müəllimlər yüksək potensiala malikdirlər. Bizim dövrümüzdə İKT vasitələri yox idi və kompüter savadımız o qədər də inkişaf etməmişdi. Biz ənənəvi tədris metodlarından istifadə edirdik, amma buna baxmayaraq, o dövrdə də çoxlu nailiyyətlər qaza bilmişdik. Belə tədbirlərin davamlı olmasını çox istərdim. Müəllimlər bir-birindən öyrəndikcə, gənc nəslin yanaşma tərzi dəyişə bilər. Bəzən müasir müəllimlə müasir şagird biri-birilərini anlaya bilmir. Bu tədbir müsbət addımlar atmağa yol açacaqdır".

 

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Gülxarə Tarverdiyeva bildirib ki, konfrans çox gözəl bir təşəbbüs olub:

151961

“Çünki bütün müəllimlər akademik biliyə malik ola bilərlər, lakin sinfə daxil olmaq və uğur qazanmaq üçün müəyyən təcrübə və şagirdlərlə işləmək bacarığı vacibdir. Gənc müəllimlər, xüsusilə də təcrübəli müəllimlərdən faydalanmalıdırlar. İlk dəfə Naxçıvanda təşkil olunan bu konfransın böyük töhfələr verəcəyinə inanıram. Təcrübəli müəllimlər öz biliklərini gənc müəllimlərlə paylaşarsa, bu, dərslərin qurulmasında və tədrisin keyfiyyətinin artırılmasında böyük rol oynayacaq.

 

Eyni zamanda valideyn-müəllim-şagird əməkdaşlığı üçün də yararlı olacağını qeyd edə bilərəm. Bu təşəbbüsü alqışlayıram və hesab edirəm ki, təcrübə hər şey deməkdir. Hər bir müəllim təcrübəsi ilə istənilən vəziyyətdən çıxış yolu tapa bilər. Lakin biz zaman-zaman gənc müəllimlərin dərs zamanı sinifdən ağlayaraq çıxmalarının şahidi oluruq. Buna səbəb isə şagirdləri idarə etməkdə çətinlik çəkmələridir. Bəzən şagirdlər özləri müəllim dərsi izah etməsin deyə onu “tələyə salmaq" istəyirlər. Bu kimi hadisələrin qarşısını almaq üçün layihənin uğurlu olacağına inanıram".

 

Naxçıvan Qızlar Liseyinin müəllimi Rəşxəndə Məmmədova belə bir konfransın təşkil olunmasının gənc nəslin yetişdirilməsində böyük rol oynayacağını vurğulayıb:

151962

“Konfransın əsas məqsədi odur ki, təcrübəli müəllimin illərlə qazandığı təcrübə gələcəkdə gənc müəllimlər üçün böyük əhəmiyyət kəsb etsin. Bu tədbir şəxsən mənə, 34 illik təcrübəmdən sonra, çox böyük stimul oldu. Düşünürəm ki, bu konfransdan sonra müsbətə doğru dəyişikliklər olacaq. Belə tədbirlərin keçirilməsini çox dəstəkləyirəm.”

Seçilən
8
azedu.az

1Mənbələr