Rusiyadakı Şimali Koreya qoşunları ilə bağlı şayiələr artsa da, Pxenyandan Moskvaya göndərilən silahlar da diqqəti cəlb edir.
İndex.az xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti, əldə edilən peyk görüntülərinə görə, xəttdən keçən silah və sursatların sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.
Pxenyanın obyektlərinin son peyk görüntülərindən də məlum olub ki, Rusiya üç ilə yaxındır davam edən Ukrayna müharibəsində boşalmış arsenalı doldurmaq üçün silah istehsalını artırıb.