AZ

Rəsmi Tehran Dəməşqlə əlaqə saxlamır - XİN

Tehran Suriyanın yeni administrasiyası ilə birbaşa əlaqə saxlamır.

Yenisabah.az Təsnim-ə istinadla bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai deyib.

“Hazırda İranla Suriyada hakim qüvvələr arasında birbaşa əlaqə yoxdur. Rəsmi Tehran Suriyanın yeni administrasiyasının hərəkətlərinə əsaslanaraq qərarlar verəcək", - deyən Bəqayi xatırladıb ki, İran Suriyanın suverenliyi və ərazi bütövlüyünü müdafiə edir və Suriya xalqının özü taleyini həll etməlidir.


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr