AZ

2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək- gözlər Bakıda...

Image

İlham Şaban: "Bu marşurut üzrə Avropaya qaz ötürəcək heç bir alternativ qaz mənbəyi yoxdur"

2025-ci ilin ilk günündən etibarən Ukrayna üzərindən Avropa ölkələrinə ötürülən rus qazının nəqli dayandırılacaq. Avropa Komissiyası birlik ölkələrinin artıq buna hazır olduğunu bəyan etsə də, cənubi Avropa ölkələri bu qərarın şokundan hələ də ayılmayıb.

Bloomberg xəbər verir ki, hazırda Avropanın narahatlığı qiymət artımına səbəb ola biləcək qaz tədarükündəki mümkün fasilələrlə bağlıdır. Tranzitin davam etdirilməsinə dəstək bəyanatının təşəbbüskarları kimi Slovakiyanın SPP (Slovenský plynárenský priemysel) və eləcə də onun qaz şəbəkəsi operatorları Eustream AS, Macarıstanın MOL Hungarian Oil and Gas Plc və MVM Zrt tərəfindən imzalanıb. Macarıstan, Avstriya, İtaliya və Slovakiyadan olan birliklər və iri sənaye şirkətləri buna etiraz edir.

"Biz Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə bəyannamə təqdim edəcəyik ki, o, regionumuzun enerji və iqtisadi təhlükəsizliyinə təhdidləri barədə birinci əldən məlumat alsın" - SPP sədri və baş icraçı direktoru Voytech Ferenc deyib. Agentlik qeyd edir ki, tranzitin saxlanması ilə bağlı danışıqlar bir neçə aydır ki, davam edir və indi alıcılar təzyiqləri artırırlar. "Komissiya Rusiya qazının Ukrayna ərazisindən tranzitinin davam etdirilməsində maraqlı deyil", - Aİ rəsmisi əvvəlki oxşar bəyanatlarını təkrarlayaraq belə deyib - “Aİ tranziti dayandırmağa hazırdır və alternativlər var”.

Göründüyü kimi, Avropa dövlətlərinin rus qazından imtina etməsi ilə əlaqədar bölgədə qaza tələbat artır. Ukrayna bəyan edir ki, rus qazından başqa bütün qaz satıcılarının qazını ötürməyə hazırdı. Bu şəraitdə Azərbaycan nə edə bilər?

Baki-xeber.com saytına açıqlamasında iqtisadçı İlham Şaban bildirdi ki, Avropa Rusiya qazından imtina edir: "Bu, rəsmi Brüsselin və Avropa Komissiyasının qarşısına qoyduğu əsas hədəfdir. Ukrayna üzərindən Avropaya ötürüləcək hec bir alternativ qaz mənbəyi yoxdur.

Postsovet məkanına nəzər salsaq, Rusiyanın qaz infrastrukturu ilə əlaqəsi olan ölkələr Qazaxıstan, Özbəkistan və Türkmənistandır. Azərbaycanla olan infrastrukturun ötürücüluk qabiliyyəti cəmi ildə 5 milyard kub metrdir. Nəzəri olaraq, Azərbaycan qazının Ukrayna üzərindən kecərək Avropaya nəql edilməsi ilə başa gələn qaza yüksək qiymətlərdən dolayı müştəri yoxdur. Yəni qiymətlər çox baha başa gələ bilər. Biz qazı Turkiyə üzərindən Bolqarıstana və digər Avropa ölkələrinə Cənub Qaz Dəhlizi vasitəsi ilə satırıq. Qazaxıstan ildə təxminən 38 milyard kub metr qaz hasil edir. Bunun 5-6 milyard kub metrini Çinə ixrac edir.

Eyni zamanda, Qazaxıstan Rusiyadan qaz alır, yəni o, qaz idxalçısıdır. Özbəkistan da eyni vəziyyətdədir. Türkmənistan qazının isə Rusiya üzərindən ixracı mümkün deyil. Çünki belə bir infrastruktur artıq mövcud deyil. Əvvəllər mövcud olan kəmərlə Qazaxıstan və Özbəkistan Rusiyadan qaz idxal edir. Reallıq odur ki, Azərbaycan qazının mürəkkəb sxemlər üzərindən - Ukrayna üzərindən nəqli mümkün deyil. Bununla bağlı Reuters agentliyinin açıqlaması oldu. May ayında iki dəfə - İstanbulda və Vyanada - görüş keçirildi. Həmin vaxt Rusiya və Ukrayna şirkətləri razılaşma əldə edə bilməyiblər. Bu o deməkdir ki, 1 yanvar 2025-ci ildən Ukrayna üzərindən Avropaya Rusiya qazının ötürülməsi dayandırılacaq. Bu marşurut üzrə Avropaya qaz ötürəcək heç bir alternativ qaz mənbəyi yoxdur. Yəni artıq gələn ilun ilk günündən bu kəmər öz fəaliyyətini dayandıracaq.

Azərbaycan yalnız hazırkı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac etdiyi qazın həcmini artıra bilər, bu isə hasilat həcminin artırılmasına bağli məsələdir".

Akif NƏSİRLİ





Seçilən
21
baki-xeber.com

1Mənbələr