AZ

Ulduzlar yeni "Milad ağacı"nı yaradıb - Foto

Ulduzlar

NASA kosmik "Milad ağacı"-nın görüntülərini yayıb. Müşahidə olunan bu kosmik "Milad ağacı" kainatın müəyyənhissəsində mövcud olan ulduz çoxluğunun düzülüşü nəticəsində yaranıb.

Reyting.az
-ın məlumatına görə, qarşıdan gələn 2025-ci ilin şərəfinə kosmik agentliyin əməkdaşları "Milad ağacı" kimi tanınmış "NGC 2264" adlanan klasterin yenilənmiş şəkillərini yayıblar. Fotolarda Milad ağacı naxışında düzülmüş, həmçinin yaşıl qaz buludları ilə əhatə olunan çox parlaq gənc ulduzlar da görünür.

Bu fotolar "Çandra X" Rəsədxanasından, həmçinin Arizonadakı astroqraf Maykl Klounun optik görüntülərindən istifadə etməklə əldə olunub.



Məlum olduğu kimi, güclü kosmik külək "Süd Yolu" ərazisində və Yer planetindən təxminən 2500 işıq ili uzaqlıqda yerləşir. Sistemdəki günəşdən fərqli olaraq, bu çoxluqdakı ulduzlar lap gəncdir, yəni onların yaşı cəmi bir milyon il ilə beş milyon ilin arasında dəyişir.

NASA işıqlarla bəzədilmiş, nəhəng Milad çələnginə bənzəyən digər ulduzların çoxluğunun, "NGC 602"-nin fotosunu da yayımlayıb. Tədqiqatçıların fikrincə, diqqətlə baxdıqda görmək olar ki, bu parlaq nöqtələr təkcə ulduzlar deyil, həm də ulduz çoxluğunun kənarında yerləşən uzaq qalaktikalar toplusudur.

Rəngarəng "Milad ağacı" klasteri yerdən təxminən 200.000 işıq ili uzaqda yerləşir.

Oqtay QORÇU
phrase_var_article.chosen
10
reyting.az

1phrase_var_article.sources