AZ

Mərkəzi Bank tərəfindən virtual aktivlər üzrə ekspert müzakirəsi keçirilib

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən virtual aktivlərin və bu xidmətintəminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətindəekspertlərin iştirakı ilə "Virtual aktivlər və bazar ehtiyacları:ekspert müzakirəsi" adlı tədbir keçirilib.

Trendtənzimləyici quruma istinadən xəbər verir ki, tədbirdə virtualaktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması,virtual aktivlər bazarı və Mərkəzi Bankın bu sahədəki tənzimləməyanaşması kimi mövzular müzakirə olunub.

Məlumata görə, iştirakçılar həmçinin, Qazaxıstan və Türkiyədəvirtual aktivlərin tənzimlənməsi sahəsində əldə edilmiştəcrübələrlə tanış olublar.

Müzakirələr zamanı virtual aktivlər bazarında mövcud çağırışlar,risklər və potensial imkanlar, eləcə də maliyyə sektorunda buaktivlərin inteqrasiyası üzrə müxtəlif təkliflər irəli sürülüb.

Görüşdə iştirak edən ekspertlər arasında interaktiv müzakirələraparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Aparılan müzakirələr bu sahədə beynəlxalq təcrübələrdənfaydalanaraq ölkədə virtual aktivlər bazarının tənzimləməçərçivəsinin formalaşmasına, bununla da bazarın daha təhlükəsiz vəşəffaf idarə edilməsinə imkan yaradacaq.

Məqalədə:
Seçilən
11
3
az.trend.az

5Mənbələr