AZ

“Mançester Yunayted”dən XXI əsrin antirekordu

İngiltərə Premyer Liqasının “Bornmut”la 17-ci tur ev oyunu “Mançester Yunayted” üçün xoşagəlməzliklə əlamətdar olub.

Arena.az məlumat verir ki, “Old Trafford”da 0:3 hesabı ilə məğlub olmuş “qırmızı şeytanlar” XXI əsrdə klubun antirekordunu müəyyənləşdiriblər.

Belə ki, “qırmızı şeytanlar” 1989/1990-cı illər mövsümündən bəri ilk dəfə olaraq, Milad bayramında İngiltərə çempionatının yarış cədvəlinin “ekvator”undan aşağı hissədə – ikinci onluqda yer alacaqlar.

17 oyundan 22 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Bornmut” isə 28 xalla 5-ci yerdədir.

İngiltərə Premyer Liqasına 16 oyundan 39 xalla “Liverpul” başçılıq edir.

Seçilən
9
arena.az

1Mənbələr