AZ

Alimlər xərçəng hüceyrələrini normal hüceyrələrə çevirməyin yolunu tapdı

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) alimləri xərçəng hüceyrələrini daha normal vəziyyətə çevirməyə kömək edən molekulyar açarlar kəşf ediblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Advanced Science" (AdvSci) jurnalında dərc olunub.

KAIST-in Biomühəndislik və Beyin Mühəndisliyi Departamentinin professoru Ço Kvanq-hyunun rəhbərlik etdiyi tədqiqatçılar qrupu xərçəngin müalicəsi üçün xəstəliyə qarşı mübarizədə sıçrayış ola biləcək innovativ texnologiyanı təqdim edib.

Kimyaterapiya və radiasiya terapiyası kimi müasir xərçəng müalicələri xərçəng hüceyrələrini öldürməyə yönəlib. Bununla belə, bu yanaşmanın öz məhdudiyyətləri var, o cümlədən şiş hüceyrələrinin müqavimətinin inkişafı və yenidən böyüməsi, həmçinin sağlam toxuma zədələnməsi. Tədqiqatçılar normal kolon hüceyrələrinin şişin yaranması zamanı necə fərqləndiyini və dəyişməsini öyrənərək problemə fərqli bucaqdan yanaşmaq qərarına gəliblər.

Bu məlumat əsasında alimlər normal hüceyrələrin diferensiasiyası ilə əlaqəli gen şəbəkəsinin rəqəmsal əkizinin yaradılması texnologiyasını işləyib hazırlayıblar. Simulyasiya analizindən istifadə edərək, komanda hüceyrə differensiasiyasını təşviq edən molekulyar "açarları" müəyyən edib. Bu molekulyar mexanizmləri xərçəng hüceyrələrinə tətbiq edərək, şiş hüceyrələrini normal vəziyyətə qaytara biliblər.

Həm hüceyrə səviyyəsində, həm də heyvanlarda aparılan təcrübələrin nəticələri göstərib ki, xərçəng hüceyrələri orqanizm üçün mənfi nəticələr vermədən sağlam vəziyyətə qayıda bilir ki, bu da yeni eksperimental müalicənin təhlükəsizliyini göstərir.

Alimlərin fikrincə, bu yanaşma təkcə kolon xərçənginə deyil, geri dönən müalicə üsullarının inkişafı üçün yeni perspektivlər açır.

Samir

Seçilən
24
50
hit.az

10Mənbələr