Müəllif: Tamara Mustafayeva, Banco.az
İran enerji böhranı ilə qarşı-qarşıyadır.
Banco.az xəbər verir ki, İranda enerji böhranı səbəbindən havaların soyuduğu qış günlərində bəzi əyalətlərdə bir çox fabrik və dövlət idarələri bağlanıb, məktəblər distant təhsilə keçib.
Neftlə zəngin ölkədə iqtisadi sanksiyalara görə enerji infrastrukturuna investisiya yatırılmaması enerji təchizatında problemlər yaradır. Xüsusilə qış aylarında sənaye və yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsi iqtisadi və sosial problemlərə gətirib çıxarıb.
Ölkədə xüsusilə qış aylarında artan enerji tələbatı ilə mövcud infrastrukturun qeyri-kafiliyi birləşdikdə elektrik enerjisi və təbii qazda fasilələr qaçılmaz olur.
Prezident Mesud Pezeşkiyan bir müddət əvvəl vətəndaşlara müraciət edərək kombilərini 2 dərəcədən aşağı səviyyədə işlətmələrini istəyib.