AZ

Nara İkardini komanda yoldaşı ilə aldadıb -

“Qalatasaray”ın tanınmış futbolçusu Mauro İkardi və keçmiş həyat yoldaşı Vanda Nara arasındakı çəkişməli boşanma prosesi yeni iddia ilə gündəmə gəlib. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Vanda Nara İkardi "Inter"də oynadığı dövrdə komanda yoldaşı Keita Balde ilə ona xəyanət etdiyi iddia edilib. Bu iddia ilə Keita Baldenin keçmiş həyat yoldaşı Simona Quatieri çıxış edib.Simona Guatieri açıqlamasında bildirib ki, Keita Balde onu Vanda Nara ilə aldadıb. O, İkardidən aldığı telefon zəngi ilə aldadıldığını öyrəndiyini və İkardinin bu münasibəti sübut edən foto və videolara malik olduğunu qeyd edib. Həmin materialların həm Quatierinin boşanma prosesi, həm də İkardinin Vanda Nara ilə boşanma məhkəməsində təqdim olunacağı bildirilib.Simona Quatieri Vanda Nara barədə "həyat yoldaşımla yatıb, sonra mənə fotoşəkillər göndərən qadın" kimi sözlər işlədib, evliliyinin bu xəyanət nəticəsində sona çatdığını bildirib. Onun sözlərinə görə, Keita Balde Dubayda Vanda Nara ilə ona xəyanət edib.

Qeyd edək ki, hazırda Mauro İkardi "Qalatasaray"ın, Keita Balde isə "Sivasspor"ın futbolçusudur.

Seçilən
16
metbuat.az

1Mənbələr