Superliqanın 17-ci turunda “Qalatasaray”ən səfərdə “Kayserispor”u 5-1 məğlub etməsindən sonra məşhur şərhçi Ahmet Çakar maraqlı proqnoz verib.
Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, o, bu qələbə sayəsində "Qalatasaray"ın əzəli və ən yaxın rəqibi "Fənərbağça" ilə aradakı xal fərqini 8-ə çatdırmasına işarə vuraraq, builki çenmpionluq yarışının artıq bitdiyini iddia edib: "Milyonlarla "Fənərbağçalı" azarkeş "Qalatasaray"ın bu matçına baxdıqdan sonra "Bu iş bitdi" dedi. Mən də belə dşüünür və deyirəm, "Qalatasaray" 75-80 faiz çempion olacaq. Düzdür, futbolda hər şey mümkündür, amma görünən dağa bələdçi lazım deyil".
Fərid ASLAN
MİA.AZ