Slovakiya müxalifəti baş nazir Robert Fitsonun Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünə görə Bratislavada mitinq keçirib.
“SeherXeber.org ” xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.
“Slovakiyanın paytaxtında yüzlərlə insan bazar ertəsi hökumət binası qarşısında baş nazir Fitsonun səfərinə qarşı etiraz aksiyası keçirib”, - məlumatda qeyd olunub
Etirazın təşkilatçıları Slovakiya hökumətinin başçısını guya Rusiyanın təsirini təşviq etməkdə ittiham edən Ukraynaya dəstək tərəfdarları olub.//Qafqazinfo