AZ

Netanyahu: Yəmənə hücumlarımızı davam etdirəcəyik, İranın şər oxunu məhv edəcəyik


Yəmənə hücumumuz sonuncu olmayacaq, İranın şər oxunu məhv etməyə davam edəcəyik.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışında deyib.

Netanyahu bildirib ki, İsrail heç bir terrorçunun sərhədlərinə gəlməsinə imkan verməyəcək:

"Yəhya Sinvarın artıq həyatda olmaması və HAMAS-a qarşı hücumları səbəbindən atəşkəs razılaşmasında irəliləyiş var", - Baş nazir qeyd edib.

"Yaxın Şərqin simasını dəyişirik. Daha əvvəl dediyim kimi, biz Yaxın Şərqi yenidən formalaşdırırıq.
Biz İran təhlükəsini aradan qaldırmalı və onların nüvə silahına malik olmasının qarşısını almalıyıq", - Netanyahu bildirib.

Baş nazir İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduqlarını da vurğulayıb.

Seçilən
21
7
apa.az

8Mənbələr