Rusiyanın Federal Antiinhisar Xidməti ekspertlərə benzinin qiyməti ilə bağlı proqnoz verməyi qadağan edib.
Avtosfer.az xəbər verir ki, məlumatı Mash teleqram kanalı yayıb.
Xidmət hesab edir ki, ekspertlərin proqnozları rəqabət qanunvericiliyini pozur, qiymətlərə təsir edir. Oxşar hallar digər sektorlarda da baş verdiyindən müvafiq ekspertlərə rəy vermək qadağası tətbiq olunub.
Qeyd edək ki, Rusiyada son aylarda yanacaq qıtlığı ciddiləşir. Neftayırma zavodları əsas diqqəti ordunun ehtiyacını ödəməyə yönəltdiyi üçün mülki dövriyyədə yanacaq azalıb. Digər tərəfdən, zavodlar keyfiyyətli benzin istehsalında tələb olunan aşqarlarla bağlı xaricdən asılıdır. Sanksiyalar isə aşqarların və texnoloji avadanlıqların alışını çətinləşdirir.
Vüqar