AZ

Yamal hamıya hədiyyə payladı

Lamin Yamal diqqəti cəlb edən hərəkəti ilə gündəmə gəlib. O, “Barselona”nın akademiyasında futbolun sirlərini öyrənən uşaqlara hədiyyə edib.

“Mundo Deportivo”nun məlumatına görə, 17 yaşlı futbolçuya sponsorluq edən “Beats” şirkəti Laminin komanda yoldaşları üçün bir neçə qulaqlıq verib. Yamal isə qulaqlıqları “La Masiya” akademiyasının uşaqlarına hədiyyə edib. Hədiyyənin üzərində “Musiqidən zövq ala biləsiniz deyə” yazısı və futbolçunun imzası da olub. Yamalın “Barselona”nın akademiyasında olan oğlanlar və qızlara ümumilikdə 100-dən çox qulaqlıq hədiyyə etdiyi bildirilib.

Qeyd edək ki, Lamin özü də bu akademiyanın yetirməsidi.

Seçilən
13
football-plus.az

1Mənbələr