AZ

Bakı metrosunun yeni sədri İŞƏ BAŞLADI

2024-cü il dekabrın 20-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev Bakı metropoliteninin formalaşma və tarixi inkişaf yolunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 

Nazir cənab Prezidentin paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sektorunda əhəmiyyətli rola malik olan Bakı metropoliteninin inkişafı və yeniliklərin tətbiqi məsələlərini daim diqqət mərkəzində saxladığını qeyd edib.

Rəşad Nəbiyev qarşıdan gələn dövrdə metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.

Nazir metropolitenin keçmiş rəhbəri Zaur Hüseynova ötən müddət ərzində görülən işlərə görə təşəkkürünü bildirib, Səhmdar Cəmiyyətin yeni təyin olunmuş sədri Vüsal Aslanova və kollektivin bütün üzvlərinə qarşıdakı fəaliyyət dövründə uğurlar arzulayıb.

phrase_var_article.chosen
15
32
modern.az

10phrase_var_article.sources