AZ

XİN-dən ABŞ səfirliyinə cavab- "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

Image

Özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-nin media azadlığına dözümsüzlüyü heyrət doğurur.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” səhifəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımına cavabında bildirib.

“Bir sözlə, bütün bunları və ABŞ-nin Bakıdakı səfirliyinin əvvəlki təxribat xarakterli şərhlərini nəzərə alsaq, özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-nin media azadlığına dözümsüzlüyü heyrət doğurur.

Görünən odur ki, ABŞ-nin indiki administrasiyası xəyali və mifik iddialar üzərində dayanaraq, xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün əlindən gələni edir”, - deyə o bildirib.

ZÜMRÜD





phrase_var_article.chosen
12
2
baki-xeber.com

10phrase_var_article.sources